Bakı, TurkicWorld
ABŞ ordusu Yəmənə növbəti dəfə zərbələr endirib.
TurkicWorld xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hədəf "Ənsar Allah" hərəkatından olan husilərin silah anbarları olub.
"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın dəstəklədiyi husilərin çoxsaylı silah anbarlarına hava zərbələri endirib. Zərbələr husilərin nəzarətində olan Yəmən ərazilərinə endirilib", – Pentaqonun nümayəndəsi telekanala bildirib.