Bakı. TurkicWorld:
Qarabağın azadlığının üçüncü ildönümündə can azərbaycanlı qardaşlarımızın Zəfər Gününü coşqu ilə qeyd edirik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında yazılıb.
Nazirlik 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib: "Bu uğur yolunda şəhid olan qəhrəmanlarımızı və qazilərimizi minnətdarlıqla xatırlayırıq".