Bakı. TurkicWorld:
UNEC 11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.
Sərgidə UNEC stendində Ulu Öndər Heydər Əliyevə və Ali Baş Komandan İlham Əliyevə, Zəfər Gününə həsr edilmiş kitablar, unversitet alimlərinin əsərləri, eləcə də ənənəvi kitabdan rəqəmsal kitaba keçidi əks etdirən "Ənənədən müasirliyə" adlı installyasiya və UNEC Dizayn Məktəbinin tələbələrinin Zəfər Gününə həsr etdikləri əl işləri sərgilənir.
UNEC stendi mədəniyyət naziri Adil Kərimli, millət vəkilləri Fazil Mustafa, Müşfiq Cəfərov, Texniki Universitetin rektoru Vilayət Quliyev, ADPU-nun rektoru prof. Cəfər Cəfərov, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Mətbuat Şurasının sədri Rəşad Məcid, əməkdar mədəniyyət işçisi-yazıçı Mustafa Çəmənli, dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, həmçinin abituriyentlər və tələbələr, xarici qonaqlar tərəfindən ziyarət olunuraq, böyük maraqla qarşılanıb.
Sərginin ilk günündə UNEC alimləri tərəfindən hazırlanmış 5 kitabın - "Maliyyə risklərinin idarə edilməsi", "Bir əsrin iqtisadi portreti", "Strateji idarəetmə", "Tədqiqat metodları" və "Exploring the Green Economy: Issues, Challenges and Benefits" - təqdimatı da keçirilib.