Son dəqiqə

Azərbaycan Taekvondo

Taekvondoçularımız Dohada 5 medal qazanıblar

Bakı. TurkicWorld:

Taekvondo üzrə Azərbaycan milli komandası Dohada keçirilən Qətər açıq çempionatını 5 medalla başa vurub.

İdman.biz xəbər verir ki, yığma G1 kateqoriyalı yarışda 1 gümüş və 4 bürünc mükafata sahib olub.

Taekvondoçularımızdan yalnız finalda məğlub olan Cavad Ağayev (74 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Səyyad Dadaşov (58 kq), Qaşim Maqomedov (63 kq), Həmidreza Badrialiabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) isə bürünc medala yiyələniblər.

Mövzuya görə xəbərlər