Əsas yığmadan U-21 millimizə gəliblər

Əsas yığmadan U-21 millimizə gəliblər

Bakı. TurkicWorld:

21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, komandaya daha üç futbolçu dəvət olunub.

Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə 21-in düşərgəsinə qoşulub. Onlar əsas yığmanın Avstriya ilə qarşılaşmasından (0:1) sonra bura gəliblər.

Qeyd edək ki, matç bu gün “Azersun Arena”da keçiriləcək.