Son dəqiqə

Azərbaycan Çin triatlon

Azərbaycan triatlonçusu Dünya Kubokunda bürünc medal qazanıb

Bakı. TurkicWorld:

Çinin Çenqdu şəhərində triatlon üzrə keçirilən Dünya Kuboku başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Rostislav Pevtsov yarışı bürünc medalla başa vurub.

Gərgin mübarizə şəraitində keçən Dünya Kubokunda finişə eyni göstəricilərlə çatan 2-ci və 3-cü yerlərin qalibləri “foto finiş”lə təyin olunub. Pevtsov 1 saat 44 dəqiqə 21 saniyəyə göstərici ilə yarışın qalibindən cəmi 6 saniyə geri qalıb.

Mövzuya görə xəbərlər