Son dəqiqə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası - AHİK

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib

Bakı. TurkicWorld:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə deyilir:

“Ermənistan tərəfi münasibətlərin normallaşması, yekun sülhə nail olunması istiqamətində aparılan danışıqları pozmaq, proseslərin axarını dəyişmək məqsədi ilə müxtəlif təxribatlara əl atır, təcavüzkar siyasətini davam etdirməyə çalışır. Belə ki, Azərbaycan öz sərhədlərinə nəzarət etmək, Ermənistanın təxribatlarının, qaçaqmalçılığının, icazəsiz yük avtomobillərinin ölkəyə göndərməsinin qarşısını almaq məqsədilə Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurub. Azərbaycan öz ərazisində - Qarabağda yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” və digər alternativ yollar təklif edib. Həmin təkliflər həmçinin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən məqbul hesab olunub və dəstəklənib. Amma buna baxmayaraq, Ermənistan öncədən heç bir razılaşma aparmadan Azərbaycan ərazilərinə Laçın yolu vasitəsilə daxil olması üçün avtomobil karvanı göndərməsi vəziyyəti gərginləşdirməyə hesablanmış qəbuledilməz haldır. Birbaşa Azərbaycanın suverenliyinə qəsd, ərazi bütövlüyünə isə kobud müdaxilə cəhdidir.

Azərbaycan hər zaman Qarabağda yaşayan ermənilərə Ermənistandan humanitar yüklərin daşınmasına şərait yaradıb. Onlar isə mütəmadi olaraq Laçın yolunda Azərbaycan sərhədçilərini atəşə tutub, əsgərləri yaralayıb, yolun normal və təhlükəsiz fəaliyyətinə mane olublar. Bu əməllərdən aydın görünür ki, Ermənilərin əsl niyyəti başqadır.

O ki qaldı Ermənistan tərəfinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ərzaq və dərman çatışmazlığı ilə bağlı səsləndirdiyi fikirlərə, bu, tamamilə yalandır, beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Onlar bu yolla yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiysına mane olmağa çalışır, vəziyyəti gərginləşdirirlər.

Odur ki, biz Azərbaycan həmkarlar ittifaqları olaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Qlobal Sahə Həmkarlar İttifaqlarına müraciət edərək vurğulayırıq ki, yuxarıda göstərilənlərə qarşı məsuliyyətli mövqe sərgiləsinlər, Ermənistan tərəfinin reallıqları ört-basdır edən uydurmalarına inanmasınlar, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə müdaxilə cəhdlərini qınasınlar”.

AHİK İcraiyyə Komitəsinin üzvləri:

AHİK sədri, Milli Məclisin deputatı S.Möhbalıyev

AHİK sədrinin I müavini İ.Əliyev

AHİK sədrinin müavini A.Dadaşov

AHİK sədrinin müavini C.Alxasov

AHİK sədrinin müavini Ə.Ağasiyev

AHİK sədrinin müavini H.Osmanov

Aviasiya İşçiləri HİRK-in sədri M.Əsədov

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı

İşçiləri Hİ-nin sədri H.Kərimov

Azərbaycan Milli Elmlər Akademiyası

İşçiləri Azad Hİ-nin sədri H.Qurbanov

Bələdiyyə İşçiləri HİRK-in sədri M.Xəlilov

«Baku Stil Kompani» İşçiləri Hİ-in sədri A.Abbasov

Dəmiryolçuların Müstəqil HİRK-in sədri V.Bədəlov

Dəniz Nəqliyyatı İşçiləri

HİRK-in sədri S.Allahverdiyev

Elektroenergetika və Elektrotexnika

Sənayesi İşçiləri HİRK-in sədri M.Mirzəyev

Fövqəladə Hallar Nazirliyi İşçiləri

HİK-in sədri M.İsmayılov

Gömrük İşçiləri Həmkarlar İttifaqı

Birliyinin sədri R.Namazov

"Xidmət-İş» Hİ Federasiyasının

vitse-prezidenti C.İsmayılov

"İnşaat-İş" Hİ-in sədri U.Hüseynov

Su Təsərrüfatı İşçiləri HİRK-in sədri A.Məmmədov

"Kənd-Qida-İş" Hİ

Federasiyasının sədri T.Quliyev

Metal İşçiləri Hİ Federasiyasının

prezidenti B.Yusifov

Mədəniyyət İşçiləri HİRK-in sədri A.Atakişiyev

Müdafiə Sənayesi İşçiləri

HİRK-in sədri S.Mahmudov

Metropoliten İşçiləri Hİ-in sədri A.Mərdanov

Naxçıvan Muxtar Respublikası

Hİ Şurasının sədri Q.Abdullayev

Neft və Qaz Sənayesi İşçiləri

HİRK-in sədri C.Əliyev

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək

Texnologiya İşçiləri HİRK-in sədri M.Əmirov

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye

İşçilərinin HİRK-in sədri M.Abasov

Səhiyyə İşçiləri HİRK-in sədri E.Əfəndiyev

Təbii Sərvətlər və Ekologiya İşçiləri

HİRK-in sədri T.Quliyev

Təhsil İşçiləri Azad HİRK sədrinin

birinci müavini H.Nağıyev

Yerli Sənaye və Kommunal Məişət

Müəssisələri İşçilərinin HİRK-in sədri T.Hacıyev

Mövzuya görə xəbərlər