Son dəqiqə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası - AHİK Anar Əliyev Beynəlxalq Əmək Təşkilatı (BƏT) Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı

Azərbaycan beynəlxalq əmək öhdəliklərinə sadiqliyini davam etdirir - Anar Əliyev

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Əmək münasibətləri sahəsində yeni çağırışlara hazırlığı təmin etmək məqsədilə cari ilin noyabr ayında BƏT ilə 2025–2029-cu illəri əhatə edən Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb.

TurkicWorld xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əmək öhdəliklərinə sadiqliyini davam etdirir:

"Azərbaycan Respublikası əmək münasibətləri sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir. Ölkə bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 konvensiyasını və bir protokolunu ratifikasiya edib. Əmək münasibətləri sahəsində yeni çağırışlara hazırlığı təmin etmək məqsədilə cari ilin noyabr ayında BƏT ilə 2025–2029-cu illəri əhatə edən Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb.

Bu proqram əmək normalarının tətbiqinin genişləndirilməsi, əmək münasibətlərinin inkişafı, sosial tərəfdaşlığın möhkəmləndirilməsi və dayanıqlı əmək bazarının formalaşdırılması məqsədlərinə xidmət edəcək".

Mövzuya görə xəbərlər