Son dəqiqə

Sevil Mikayılova Qurban bayramı Xudat Just Human təşkilatı

“Just Human” təşkilatı tərəfindən Xudatda xeyirxah aksiya keçirilib

Bakı. TurkicWorld:

“Just Human” təşkilatı tərəfindən Xudatda Qurban bayramı münasibətilə xeyirxah aksiya keçirilib. 56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat şəhəri və ətraf kəndlərdə yaşayan şəhid, qazi və aztəminatlı ailələrə “Just Human” xeyriyyə təşkilatı tərəfindən Qurban bayramı münasibətilə sovqat paylanılıb.

TurkicWorld-in məlumatına görə, bayram münasibətilə ümumilikdə 150 ailəyə bayram sovqatı paylanılıb.

Yardım aksiyası Xudat şəhər mərkəzi daxil olmaqla,Köhnə Xudat, Susayqışlaq, Yalama, Ləcət, Çinartala, Qusarçay, Pirquluoba, Nabran, İstisu, YeniHəyat, Qımılqışlaq, Əhmədoba, Uzunoba, Nərəcan, Dədəli, Niyazoba, Seyidli kəndlərini əhatə edib.

Sakinlər xeyirxah təşəbbüsə görə təşkilatçılara təşəkkürlərini ifadə ediblər.

Mövzuya görə xəbərlər