Son dəqiqə

gimnastika

Azərbaycan gimnastı Xüsusi Yay Olimpiya Oyunlarında 1 qızıl və 3 bürünc medal qazanıb

Bakı. TurkicWorld:

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub. Qalib və mükafatçılara yarışın medalları təqdim edilib.

TurkicWorld xəbər verir ki, Azərbaycan gimnastı Mehriban Tağıyeva yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub. Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda topla qızıl, gürzlər və halqa ilə hərəkətlərin icrasında isə bürünc medala layiq görülüb.

Mövzuya görə xəbərlər