Bakı. TurkicWorld:
Mayın 21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarının final gününə start verilib.
TurkicWorld xəbər verir ki, çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla final mərhələsində çıxış edəcəklər.
Azərbaycan gimnastı Zöhrə Ağamirova üç finalda çıxış edəcək, o, halqa, top və gürzlərlə kompozisiya təqdim edəcək.
Saat 16:00-dan sonra böyüklərdən ibarət komandalar arasında beş halqa, həmçinin üç lent və iki topla proqramlarda qrup hərəkətləri üzrə final mərhələsi başlayacaq. Qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv iki proqramda xalça üzərinə çıxacaq.
Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.