Azərbaycan olmadan, İpək yolundan və Türk dünyasının bir araya gəlməsindən danışmaq yersiz olardı - Naqif Həmzəyev

Azərbaycan olmadan, İpək yolundan və Türk dünyasının bir araya gəlməsindən danışmaq yersiz olardı - Naqif Həmzəyev

Bakı TurkicWorld

Azərbaycan olmadan, İpək yolundan və Türk dünyasının bir araya gəlməsindən danışmaq yersiz olardı.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Naqif Həmzəyev bildirib.

Deputat, "Yeni İpək Yolu" ilə bağlı iki yanaşmanın mövcudluğunu deyib:

1. İran ərazisindən Orta Asiyanın məhz Turkiyə, oradan isə Avropaya birləşdirilməsi layihəsi

2. Azərbaycan və Türkiyə başda olmaqla, türk dövlətlər təşkilatının gerçəkləşdirmək istədiyi, Azərbaycanın Zəngəzurundan keçərək Avropaya kimi uzanan layihə

Millət vəkilinin sözlərinə görə, Azərbaycan onu Gürcüstan üzərindən reallaşdıraraq kommunikasiyalar qurub və Azərbaycan yalnız enerji resurları ixrac edən dövlət yox, eyni zamanda nəqliyyat kesişmələrinin mərkəzində yerləşən əraziyə çevrilərək bu şəbəkəni qura bilib.

"Hal-hazırda isə Azərbaycanın istəyi-Zəngilanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizini açıb Türkiyə ilə birbaşa nəqliyyat əlaqələrini bərpa etməkdir. Çox təəssüf ki, buna qarşı çıxan qüvvələr var. Onların başında İran durur", - deyə H.Naqif əlavə edib.

O, İranın Zəngəzur koridorunun istifadəyə verilməsinə qarşı olma səbələrini açıqlayıb:

"İran, Zəngəzur koridorunun açılması halda Ermənistanı itirə biləcəyindən qorxur. Faktiki olaraq, azacıq fürsət düşən kimi Ermənistan Türkiyə və Azərbaycan ilə əlaqələrini yaxşılaşdıracaq və belə olduğu halda, Emenistanın İrandan asılacağı qalmayacaq. Türkiyə İranla müqayisədə daha inkişaf etmiş, daha liberal, daha demokratik və Qərb dəyərlərinə daha yaxın bir ölkə olduğu üçün Ermənistan vətəndaşları daha çox Türkiyəyə üz tutacaqlar və bu halda ticarət dövriyyəsi də arta biləcək. Nəticə etibarilə İran, Ermənistanı itirə bilər. Bu baxımdan da İran sözü gedən dəhlizin açılmasını istəmir".

Deputat, Kılıçdaroğlunun Azərbaycanın adını çəkmediyi xəritə ilə çıxışının səbəbi olaraq iki fərqli fikir irəli sürmüşdür:

1. Kılıçdaroğlunun paylaşdığı "İpək Yolu Layihəsi"-nin İrandan keçərək Orta Asiyaya uzanması ondan xəbər verir ki, Kılıçdaroğluna bu xəritə məqsədyönlü olaraq ötürülüb. Bu, Qərbin, o cümlədən İranın sifarişi ola bilər.

2. Azərbaycan iqtidari və cəmiyyeti R. Ərdoğanı dəstəkləyir. Sorğular nəticəsində belli olub ki, Azərbaycan xalqı Ərdoğanın qələbəsinə sevinmək istəyir. Beləliklə, Kılıçdaroğlu bu yol ilə Azərbaycanı unutmaqla, Azərbaycandan keçməyən bir layihənin reallaşdırılmasına meyilli olduğunu ortaya qoyub.

"Bu fikirlərə baxmayaraq, istənilən halda Azərbaycanın iştiraki olmadan regionda hər hansısa layihənin reallaşması mümkün deyil, xüsusilə İranın Türkiyə ilə ortaq mövqedən çıxış etməsi real gorsənmir. Bu, həm də Türkiyə xarici siyasətinə ziddir. Men inanmıram ki, belə layihə reallaşsın, əksinə Türkiyə Azərbaycanın inkişaf etməsində, Qarabağın dirçəlməsində Zəngəzurun açılmasında marağlıdır," - deyə millət vəkili bildirib.

Deputat, həmçinin bu hadisənin seçkilərə də təsiri olacağını vurğulayıb:

"Bu xəritə Kılıçdaroğlunun əleyhinə işlədi və seçkilərdə də çox sayda səs itkisinə gətirib çıxaracaq. Faktiki olarak, onu dəstəkləyənlər arasında "İyi parti"- nin üzvlərinin əksəriyyyəti milliyətçidir və onlar Azərbaycanla, türk dünyası ilə nəfəs alan insanlardı. Bu baxımdan da onun layihəsi heç bir müsbət nəticə verməyəcək ve onun bu seçkilərdə uğur qazanıb Azərbaycana qarşı bu planın reallaşdırılması mümkün görsənmir".

Son olaraq deputat, cənab Prezidentin siyasətinin uğurlu gedişləri sayesində ən qısa zamanda Zəngəzur dəhlizinin işə düşməsinin 2024-də şahidi olacağımızı və Avropadan Çinə doğru uzanan bu xəttin daha da genişlənərək Azərbaycanın onun mərkəzində yerləşəcəyini bildirib.

Amaliya Ismayılova
Twitter @IsmailovAmaliya