Bolqarıstanda səsvermə prosesini Azərbaycan deputatı da izləyir

Bolqarıstanda səsvermə prosesini Azərbaycan deputatı da izləyir

Bu gün yerli vaxtla saat 07:00-dan Bolqarıstanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi başlayıb.

Turkic.World-un məlumatına görə, Bolqarıstan vətəndaşları 46-cı Milli Məclisə (bir palatalı Parlamentə) nümayəndələri seçirlər.

10 ölkədən 3 min nümayəndə, o cümlədən 20-yə yaxın parlament üzvü və ATƏT-in əməkdaşları müşahidəçi qismində səsvermə prosesini izləyir. Azərbaycan Respublikasını Milli Məclisin deputatı Rauf Əliyev təmsil edir.

Seçkilər 20:00-dək davam edəcək.