Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmi qurulacaq

Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmi qurulacaq

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmi qurulacaq.

TurkicWorld-un məlumatlna görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Türk Dövlətləri Təşkilatı ölkələri fəlakətdən sonra kömək çağırışımıza ən tez cavab verən, ən sürətli hərəkətə keçən, ağrılarımızı ürəkdən paylaşan dostlarımız arasındadır" - O qeyd edib ki.

Qeyd edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.