Azərbaycan Ceyhun Bayramov Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa BMT Baş Assambleyası Asiya Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) xarici işlər naziri

Ceyhun Bayramov Orta Dəhlizin və TRIPP marşrutunun əhəmiyyətini vurğulayıb

BAKI,TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkənin Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrildiyini vurğulayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə Ceyhun Bayramo Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2022-ci ildən bəri Orta Dəhliz boyunca yük daşımalarının həcmi təxminən 90 faiz artıb.

Ceyhun Bayramov Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin Asiya ilə Avropa arasında daha dayanıqlı və şaxələndirilmiş təchizat zəncirlərinin yaradılmasına töhfə verdiyini qeyd edib.

Nazir rəqəmsal bağlantı sahəsində "Rəqəmsal İpək Yolu" layihəsinin də Azərbaycanın regional rəqəmsal qovşaq kimi rolunu gücləndirəcəyini bildirib.

Ceyhun Bayramov 2025-ci il Vaşinqton Sammitinin nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantıların təmin olunmasına, regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanların yaradılmasına xidmət edəcəyini vurğulayıb.

Çıxışının sonunda nazir qlobal həmrəyliyin gücləndirilməsinə, beynəlxalq hüquqa əsaslanan daha effektiv və etibarlı çoxtərəfliliyə, eləcə də əməkdaşlıq sisteminin yenilənməsinə çağırıb.

"Bizim inandığımız çoxtərəflilik məhz prinsipial, inklüziv və hər şeydən əvvəl konkret nəticələr verə bilən çoxtərəflilikdir", - deyə Ceyhun Bayramov bildirib.

Mövzuya görə xəbərlər