BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Ə.Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazdı, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verdi.







