Son dəqiqə

Azərbaycan Mikayıl Cabbarov Nazirlər Kabineti Əli Əsədov turizm Dövlət Proqramı İqtisadi Şura

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

BAKI,TurkicWorld

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında turizm və dağ-mədən sənayesinin inkişafı ilə bağlı yeni dövlət proqramlarının layihələri müzakirə olunub.

TurkicWorld xəbər verir ki, iyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, iclasın gündəliyində əsasən iki mühüm məsələ yer alıb.

Birinci məsələ “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” layihəsi olub. Görüşdə turizm sektorunun gələcək inkişaf istiqamətləri, prioritet tədbirlər və sahənin rəqabət qabiliyyətinin artırılması məsələləri müzakirə edilib.

İkinci əsas məsələ isə “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” proqram layihəsi olub.

İclas zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmin inkişafı ilə bağlı təqdimatla çıxış edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə dağ-mədən və metallurgiya sənayesinin gələcək inkişaf perspektivləri barədə məlumat verib.

Təqdim olunan məsələlər ətrafında İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunan nümayəndələr fikir mübadiləsi aparıblar.

İclasın sonunda hər iki dövlət proqramı layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Mövzuya görə xəbərlər