Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Ukrayna

Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

BAKI,TurkicWorld

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. XİN rəhbəri humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Azərbaycan XİN rəhbərinin çıxışında münaqişələrin humanitar nəticələrinin, o cümlədən münaqişələrdən sonrakı bərpanın aradan qaldırılmasında beynəlxalq həmrəyliyin əhəmiyyəti vurğulanıb.

Nazir Azərbaycanın Ukraynaya humanitar dəstək göstərməyə davam etməyə hazır olduğunu bir daha ifadə edib.

Mövzuya görə xəbərlər