Azərbaycan, Türkiyə və Türkmənistan arasında müqavilələr imzalanacaq

Azərbaycan, Türkiyə və Türkmənistan arasında müqavilələr imzalanacaq

Bakı. TurkicWorld:

Azərbaycan, Türkiyə və Türkmənistan arasında beş müqavilənin imzalanması planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Ankarada Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə bu gün keçirdiyi birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan energetika sahəsində əməkdaşlıqla bağlı yeni addımlar atacaq:

"Yaxın zamanda üç ölkənin bu sahədə çalışan şirkətləri arasında da görüşlər baş tutacaq", - deyə M.Çavuşoğlu əlavə edib.