Azərbaycan Vyetnam

Azərbaycan və Vyetnam arasında kino və mədəniyət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı. TurkicWorld:

Azərbaycan və Vyetnam arasında kino və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

TurkicWorld xəbər verir ki, müzakirələr Vyetnamda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Vyetnamın Mədəniyyət, idman və turizm nazirinin müavini Ta Kuanq Donq və digər rəsmi şəxslərlə görüşləri zamanı baş tutub.

Vyetnam tərəfi mədəni və humanitar əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında əsas amillərdən biri olduğunu vurğulayaraq, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı anlaşmanın dərinləşdirilməsində kinonun rolunu qeyd edib.

Azərbaycanlı rejissor Əjdər İbrahimovun irsinə xüsusi diqqət yetirilib. Onun Vyetnamdakı fəaliyyəti ölkənin milli kinematoqrafiyasının inkişafına və iki dövlət arasında mədəni əlaqələrin gücləndirilməsinə mühüm töhfə verib.

Azərbaycan tərəfi birgə mədəni təşəbbüslərin, o cümlədən kinolayihələrin, mübadilə proqramlarının və gənclər üçün təhsil layihələrinin genişləndirilməsi potensialını qeyd edib.

Tərəflər kino sahəsinin mədəni əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük potensiala malik olduğu qənaətinə gəliblər.

Mövzuya görə xəbərlər