Son dəqiqə

Azərbaycan Çexiya Müdafiə Nazirliyi İkitərəfli hərbi əməkdaşlıq planı

Azərbaycan-Çexiya Müdafiə nazirlikləri "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb

BAKI,TurkicWorld

Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.

Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.

Mövzuya görə xəbərlər