Son dəqiqə

Azərbaycan Quba Heydər Əliyev Fondu Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib

BAKI,TurkicWorld

Fevralın 24-də Leyla Əliyeva Qubada şəhid ailələri və rayon ictimaiyyəti ilə birlikdə iftar məclisinə qatılıb.

TurkicWorld xəbər verir ki, əvvəlcə Leyla Əliyeva "Bizim Mətbəx" layihəsinin könüllüləri ilə birlikdə yeməklərin iftar süfrəsi üçün hazırlanmasında yaxından iştirak edib.

Müqəddəs Ramazan ayının mənəvi dəyərlərinin paylaşıldığı məclisdə sakinlərlə birlikdə iftar edilib, dualar oxunub.

Sakinlər təşkil olunan iftar süfrəsinə və göstərilən diqqətə görə səmimi minnətdarlıqlarını bildiriblər.

Mövzuya görə xəbərlər