BAKI,TurkicWorld
2025 Azərbaycan-İran münasibətləri üçün önəmli il olub.
TurkicWorld-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün iranlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumilikdə iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat-kommunikasiya, regional təhlükəsizlik və beynəlxalq münasibətlər haqda müzakirələr aparılıb.
Nazir bildirib ki, iki ölkə arasında yerləşən Ağbənd-Kəlalə körpüsünün 2026-cı ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir.







