Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq təhlükəsizlik Nüvə Proqramı Sentrifuqa

Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı ehtimal olunan obyektlərdən birinin yaxın zamanda hədəfə alınacağını bildirib. O, ABŞ-ın həmin əraziyə “çox ağır zərbə” endirəcəyini deyib.

TurkicWorld xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında İranın nüvə sentrifuqalarının Natanz bölgəsindəki Pikaks dağı ərazisinə köçürüldüyü barədə iddialarla bağlı suala cavab verib.

ABŞ prezidenti bildirib ki, sözügedən ərazi “çox güman ki, tezliklə” vurulacaq. O, İranın belə bir hücuma qarşı tədbir görə bilməyəcəyini iddia edib.

Tramp qeyd edib ki, adətən belə hərbi planlar barədə açıqlama vermir. Lakin onun sözlərinə görə, qarşı tərəfin buna cavab vermək imkanının olduğunu düşünsəydi, bu barədə danışmazdı.

ABŞ prezidenti vurğulayıb ki, həmin əraziyə mümkün zərbə “çox ağır” olacaq.

İranın nüvə proqramı uzun müddətdir ABŞ və Qərb ölkələri ilə Tehran arasında əsas mübahisə mövzularından biridir. İran nüvə fəaliyyətinin dinc məqsədlər daşıdığını bildirir.

Mövzuya görə xəbərlər