Azərbaycan Anar Əliyev Türk Dövlətləri Təşkilatı (TDT)

Təcrübələrimizi TDT-yə üzv ölkələrlə bölüşməyə, qarşılıqlı təcrübə mübadiləsinə hazırıq - Anar Əliyev

BAKI,TurkicWorld

Sosial xidmətlərin əlçatanlığının təmin olunması, onların avtomatlaşdırılması və hər bir region üzrə əhatə dairəsinin genişləndirilməsi üçün elektron sosial xidmət xəritəsi hazırlanır, elektron keys menecment sistemi üzrə işlər aparılır.

TurkicWorld xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə də "Böyük Qayıdış" Proqramı uğurla reallaşdırılır:

"Azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması üçün yeni sənaye zonaları və aqroparklar yaradılır, investisiyalar təşviq olunur. Biz təcrübələrimizi bütün üzv ölkələrlə bölüşməyə və qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazırıq.

Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi, dövlətlərimiz arasındakı münasibətlərin daha da dərinləşməsində mühüm addım hesab olunur".

Mövzuya görə xəbərlər