Bakı. TurkicWorld:
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransına yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm. Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin uzadılması Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür.
TurkicWorld-un məlumatına görə, bunu Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er bildirib.
O qeyd edib ki, dünyada sülhə və əməkdaşlığa nail olunmasında birgə səylər göstərilməlidir və bu işdə parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayırlar: “TÜRKPA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə gələcək fəaliyyətində uğurlar diləyirəm”.