Türk dövlətlərinin potensialını tam şəkildə istifadə edə biləcəyik - Bağdad Amreyev

Türk dövlətlərinin potensialını tam şəkildə istifadə edə biləcəyik - Bağdad Amreyev

Bakı. TurkicWorld:

Türk dövlətləri üçün əməkdaşlıq çox vacib bir məsələdir.

TurkicWorld-un məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev təşkilatın İnformasiya və Kommunikasiya texnologiyaları üzrə məsul nazirlərinin (ad hoc) iclası zamanı bildirib.

Onun sözlərinə görə, bu gün qarşılıqlı fayda gətirən sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün iclas keçirilir.

“Nəticədə biz dövlətlərimizin potensialını tam şəkildə istifadə edə biləcəyik. İKT sahəsində cari layihələr və əməkdaşlıqlar haqqında müxtəlif fikirlərin səsləndiriləcəyinə ümid edirəm”, deyə o bildirib.