...

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında telefon danışığı olub

Siyasət Digər xəbərlər 25 May 2022 14:06
TurkicWorld Daspina Hasanova
Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub.

Nazirlikdən TurkicWorld-ə verilən məlumata görə, nazirlər, iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti