Son dəqiqə

Milli Məclis Bosniya və Herseqovina Sahibə Qafarova

Milli Məclisin sədri Bosniya və Herseqovinaya işgüzar səfər edib

Bakı. TurkicWorld:

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib.

Parlamentdən TurkicWorld-a verilən məlumata görə, Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Serebrenitsa şəhərində keçiriləcək Soyqırımı qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaqdır.

Mövzuya görə xəbərlər