Bakı. TurkicWorld:
İstanbulda keçirilən görüşün Ukraynada sülhün təminatı üçün önəmli fürsətfir.
TurkicWorld-un məlumatına görə bunu, Avstriyanın Baş Naziri Karl Nehammer, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Twitter hesabında yazıb.
Nehammer həmçinin bildirib ki, Avstriya neytral siyasəti ilə daim sülhə töhfə verəcək.
Qeyd edək ki, Avstriya baş naziri aprelin doqquzunda Ukraynanın paytaxtı Kiyevə səfəri çərçivəsində başda Buça şəhəri olmaqla, hərbi əməliyatların aparıldığı digər bölgələrdə də müşahidələr aparıb.
Xatırladaq ki , Nehammer Kiyevə səfər etdikdən sonra aprelin 11-də Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirdib.







