Türkiyə Avstriya Rusiya Ukrayna Vladimir Putin Karl Nehammer

Avstriya Kansleri Moskva və Kiyev arasında Türkiyədə aparılan danışıqlar prosesinin əhəmiyyətindən danışıb

Bakı. TurkicWorld:

Ukraynada hərbi əməliyyatların dayandırılması üçün Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda aparılan danışıqlar prosesi dəstəklənməlidir.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlarının yekunları üzrə Avstriya Kansleri Karl Nehammer deyib.

"Rusiya Prezidentinin İstanbuldakı danışıqlara hələ də inamının olduğunu başa düşmək vacib idi. Hesab edirəm ki, bu prosesi davam etdirmək lazımdır", - deyə Kansler bildirib.

K.Nehammerin sözlərinə görə, Türkiyədəki danışıqlar hazırda Rusiya və Ukrayna tərəflərinin birbaşa dialoq apardığı yeganə formatdır.

Mövzuya görə xəbərlər