Regionun rifahı Azərbaycan və Türkiyə üçün prioritet məsələlərdən biridir - Türkiyə PA

Regionun rifahı Azərbaycan və Türkiyə üçün prioritet məsələlərdən biridir - Türkiyə PA

Regionun rifahı Azərbaycan və Türkiyə üçün prioritet məsələlərdən biridir.

Bunu TurkicWorld-ə Türkiyə Prezidenti Administrasiyasından (PA) bildiriblər.

“Vətən müharibəsində əldə edilən zəfərdən sonra Azərbaycan bölgədə yeni reallıq yaratdı və hər kəs bu reallığı qəbul edir”, - məlumatda deyilib.

Qeyd olunub ki, zəfərdən sonra Prezident İlham Əliyevin liderliyində Azərbaycan dünyaya bir daha sübut etdi ki, regionun inkişafına önəm verir.

“İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri bir daha göstərir ki, Azərbaycan qurucu dövlətdir, bölgənin rifahı, inkişafı və xalqların sülh şəraitində yaşamasını istəyir. Prezident İlham Əliyev bunu sözü və əməli ilə təsdiq edib”, - deyə Türkiyə PA-dan bildirilib.

Administrasiyadan o da vurğulanıb ki, bundan əvvəl olduğu kimi, Türkiyə ilə Azərbaycan bütün məsələlərdə bir-birinə dəstək verəcək.

“Azərbaycan-Türkiyə münasibətləri regionun stabilliyinin qarantıdır və bundan sonra daha da inkişaf edəcək. Bu münasibətlər hər hansı bir dövlətə qarşı deyil. Azərbaycan Türkiyənin ən güvənli müttəfiqi olmaqla yanaşı, eyni zamanda, qardaş dövlətdir”, -məlumatda deyilir.