Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub (FOTO)

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub (FOTO)

"13-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın protokoluna uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup zabit heyəti Türkiyə Respublikasında səfərdə olub.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, Türkiyə Quru Qoşunları, Hərbi Təyyarəçilik və Hərbi Dəniz Qüvvələri məktəblərini, eləcə də Türkiyə Respublikası Milli Müdafiə Universitetini ziyarət edən nümayəndə heyəti burada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıblar.

Səfər çərçivəsində polkovnik Elşad Əbilov və polkovnik-leytenant Tural Manıyev "Xocalı soyqırımı" və "Qarabağ zəfəri" mövzusunda məruzələrlə çıxış ediblər.

Görüşlər zamanı "Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə, Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir" mövzusunda brifinq təqdim olunub.

Sonda təhsil müəssisələrinin rəhbər heyəti ilə xatirə şəkilləri çəkilib və qarşılıqlı hədiyyələr təqdim olunub.