Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlığı davam etdirəcəklər – Prezident Administrasiyası

Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlığı davam etdirəcəklər – Prezident Administrasiyası

Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlığı davam etdirəcəklər, bunu Türkiyə Prezident Administrasiyasından ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini şərh edərkən TurkicWorld-a bildiriblər.

“ Bu gün Türkiyə və Azərbaycan arasında olan münasibətlər ən yüksək həddədir və bundan sonra bu münasibətlər daha da şaxələndiriləcək ”- deyə administrasiyadan bildiriblər.

Qeyd olunub ki, Bakı və Ankaranın birgə səyləri sadəcə olaraq xalqlarımızın deyil , eyni zamanda bölgədə yaşayan bütün xalqların rifahına xidmət edir.

“ Türkiyə hər zamanki kimi qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Ən çətin günlərimizdə Azərbaycan xalqının dəstəyini aldıq” deyə administrasiyadan bildirilib.

Qeyd edək ki , bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.