Son dəqiqə

Azərbaycan Türkiyə Gürcüstan Qafqaz Qartalı

Qafqaz Qartalı - 2024: Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimində gecə vaxtı tapşırıqlar icra edilib

Bakı.TurkicWorld :

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" təlimi davam edir.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

"Qafqaz Qartalı - 2024" birgə təlimi iyunun 12-dək davam edəcək.

Mövzuya görə xəbərlər