Bakı. TurkicWorld:
Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.
Müdafiə Sənayesi Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, bu kimi məlumatlar təmamilə fake və dezinformasiya xarakteri daşıyır.
"Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlik bildirib.
Qeyd edək ki, bundan əvvəl bir sıra Ermənistan KİV-ləri və "Telegram" kanalları 2022-2023-cü illərdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Ukraynaya bir neçə partiyada 25 minə yaxın 82 mm çaplı minaatan mərmisinin gətirildiyi barədə məlumat yayıblar.