Süni intellekt beynəlxalq təhlükəsizliyi gücləndirə bilər - Özbəkistanın sabiq XİN rəhbəri

Süni intellekt beynəlxalq təhlükəsizliyi gücləndirə bilər - Özbəkistanın sabiq XİN rəhbəri

Bakı. TurkicWorld:

Süni intellekt beynəlxalq təhlükəsizliyi gücləndirə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov XI Qlobal Bakı Forumunda "Süni intellekt, pilotsuz uçuş aparatları və kiber müharibə dövründə yeni təhlükəsizlik paradiqması" adlı panel iclasında çıxışı zamanı deyib.

"Müdafiə də süni intellekt müəyyən töhfə verə bilər. Beynəlxalq səviyyədə bu məsələ müzakirə edilə bilər.

Həmçinin süni intellektin fəsadları da ola bilər. Biz bunu da nəzərdə saxlamalıyıq. 2021-ci ildən bəri kibertəhlükəsizlik sahəsində ekspert kasadlığı yaşanır",- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.