Son dəqiqə

Ağalı kəndi

Ağalıda səsvermə başlayıb

Zəngilan. TurkicWorld:

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçki məntəqəsinin qarşısındayıq.

TurkicWorld xəbər verir ki, məntəqə Ağalı kənd tam orta məktəbində yaradılıb.

Ölkə ərazisinin hər yerində olduğu kimi, bu seçki məntəqəsində də növbədənkənar Prezident seçkilərinə səhər saat 08:00-da start verilib. Məntəqə üzrə 971 seçicinin bu gün məntəqəyə gələrək, öz namizədinə səs verməsi gözlənilir.

Bu 971 seçicidən 603 nəfəri Ağalı kənd sakinlərdir. Onlardan 31 nəfəri ilk dəfə səsvermədə iştirak edən gənclərdir. Onu da qeyd edək ki, vətən müharibəsindən sonra istər Ağalı kəndinin, istərsə də kəndin ərazisinə yaxın yerlərdə bərpa-quruculuq işlərində çalışan səsvermə hüququ olan şəxslər də məhz bu seçki məntəqəsində səsvermə imkanı əldə edib.

Bu gün işğaldan azad olan ərazilərdə səsvermə hüququ qazanan insanlar 30 ilədək ölkənin müxtəlif şəhər və kəndlərində məskunlaşaraq, köçkün həyatı yaşayan insanlardır.

Mövzuya görə xəbərlər