Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib.

TurkicWorld-un məlumatına görə, paylaşımda deyilir:

"Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun.

Könlüm quşu qanad çalmaz,

Sənsiz bir an, Azərbaycan (Şəhriyar).

Qeyd edək ki, Azərbaycanda 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.