Son dəqiqə

Fələstin İsrail Nəsir Əbdül Kərim Fələstinin Azərbaycan Respublikasındakı səfirliyi

Türkiyənin qarant sistemi təklifi beynəlxalq hüquqa uyğundur – səfir (ÖZƏL MÜSAHİBƏ)

Bakı, TurkicWorld:

İsrail-Fələstin münaqişəsi ilə bağlı Türkiyənin qarant sistemi təklifi beynəlxalq hüquqa uyğundur.

Bu sözləri TurkicWorld-ə özəl müsahibəsində Fələstinin Azərbaycan Respublikasındakı səfiri Nəsir Əbdül Kərim deyib.

“Türkiyə hər zaman Fələstin xalqının güclü dəstəkçisi olub. Fələstin Türkiyənin hər bir təşəbbüsünü alqışlayır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın qarant sistemi təklifi beynəlxalq hüquq baxımından əsaslıdır. Bu, BMT-də Fələstin məsələsi ilə bağlı beynəlxalq hüququn həyata keçirilməsi və İsrailin 1967-ci ildə işğal etdiyi torpaqlardan, o cümlədən Qüdsdən çıxarılmasını tələb edən minə yaxın qətnaməyə uyğundur”, - səfir bildirib.

N.Ə.Kərim onu da qeyd edib ki, İsrail işğala son qoysa, problem həll olunacaq

“Paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması iki ölkə arasındakı problemi həll edəcək. Əgər İsrail işğala son qoysa idi, minlərlə insan həyatını itirməyəcək və fələstinlilər soyqırıma məruz qalmayacaqdı”, - deyə o vurğulayıb.

O qeyd edib ki, İsrailin əməlləri soyqırımdır. Beynəlxalq hüquqda bundan başqa tərif yoxdur.

O qeyd edib ki, beynəlxalq hüquqda İsrailin əməllərini soyqırımdan başqa ad vermək mümkün deyil.

“Hazırda dünyanın ən güclü ordularından biri dinc sakinlərlə dolu çox kiçik bir ərazini bombalayır. Son 17 gündə 5 mindən çox fələstinli mülki şəxs həlak olub. Öldürülənlərin 2 min 55-i uşaq, min 119-u qadın, qalanları isə kişilərdir”. – deyə Kərim qeyd edib.

Onun sözlərinə görə, münaqişə başlayan gündən bu yana HƏMAS döyüşçüləri yerinə İsrail ordusu əsasən mülki fələstinliləri hədəf alır. Onlar tərəfindən Fələstinlilərin bütün məhəllələri və yaşayış məntəqələri bombalanaraq dağıdılır.

“İsrailin oktyabrın 17-dən bəri törətdiyi hər şey müharibə cinayətidir. Bəzi Qərb liderlərinin İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində özünü müdafiə etmək hüququna malik olması barədə fikirlər bildirirlər. Onlar İsrailin beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn çoxsaylı prinsiplərini pozduğunu görmürlərmi?” – deyə səfir vurğulayıb.

Kərim əlavə edib ki, ərəb ölkələri öz imkanları daxilində əllərindən gələni edirlər.

Bununla yanaşı, Ərəb Liqası Fələstində baş verən hadisə ilə bağlı qərarlar qəbul edir və bunları qətiyyətlə həyata keçirmək üçün görüşlər təşkil edirlər.

“Xüsusilə Misir və İordaniya İsrailin Fələstin xalqını Qəzzədən Sinay səhrasına zorla sürgün etmək cəhdinin əleyhinədir. Bu, başqa bir “Nəkbə” (Fələstin Fəlakəti kimi də tanınır) olardı. Bildirmək istərdim ki, 1948-ci ildə İsrail Fələstində etnik təmizləmə həyata keçirib. Bununlada tarixi Fələstinin əhalisinin yarısı sürgün edilib. Qəzza əhalisinin 70%-i əslində 1948-ci ildə İsrail tərəfindən etnik təmizləməyə məruz qalan qaçqınların nəslindəndir”. – deyə Kərim əlavə edib.

O qeyd edib ki, Ərəb Liqası öz imkanları daxilində əlindən gələni edib. Onlar İsrailin Fələstin xalqına qarşı növbəti “Nəkbə” törətməsinin qarşısını almaq üçün əllərindən gələni ediblər.

Fələstin səfiri onu da bildirib ki, İsrailin “Fələstin öz torpaqlarını İsrailə satıb” iddiası tamamilə absurddur.

“Bunun üçün əsaslı heç bir dəlil yoxdur. Bu, “Hasbara” (İsrailin ictimai diplomatiyası) kod adı ilə bilinən İsrail təbliğatının bir hissəsidir. İnsanlar torpaqlarını necə sata bilərdilər? Bəs onların torpaqlarını satanda əldə etdikləri pullar hardadır? Fələstin xalqının yarıdan çoxu qaçqın düşərgələrində ağır humanitar şəraitdə yaşayır, bunu hamı bilir. Qalanları isə aparteid siyasəti tətbiq edən və fələstinlilərə qarşı vəhşiliklər törədən müstəmləkəçi irqçi rejim altında yaşayırlar”, - deyə Nasir Əbdül Kərim vurğulayıb.

Səfir çıxışında qeyd edib ki, bütün bunlar azadlıq və müstəqillik uğrunda mübarizə aparan Fələstin xalqını əzmək üçün İsrailin dəstəklədiyi qüvvələr tərəfindən təbliğ olunur.

X: @Daspina9 @lamanasadli01

Mövzuya görə xəbərlər