Bakı. TurkicWorld:
Azərbaycan Qadınlarının VI Qurultayını fərqləndirən iki başlıca xüsusiyyət diqqəti cəlb edir. Bunun birincisi qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasıdır. İkincisi isə qurultayın ilk dəfə olaraq suverenliyini bütünlüklə bərpa etmiş Azərbaycanda baş tutmasıdır. Bu çox tarixi hadisədir və qurultaya xüsusi məna, gözəllik verir.
TurkicWorld xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, ailə cəmiyyətin özəyidir.
"Qadın isə ailənin dayağıdır. Bu mənada sağlam cəmiyyət sağlam ailə ilə əlaqədardır. Ailə və cəmiyyət qadınlarsız təsəvvür edilə bilməz.
Azərbaycan qadınların elm və təhsil sahəsində inkişafı üçün lazım olan bütün şəraiti yaradıb və bundan sonra da qadınların cəmiyyətdə rolunun arıtılması istiqamətində əlindən gələni edəcək.
İndiki qadınlar 15-20 il əvvəlki qadınlarla çox fərqlənirlər. Onlar cəmiyyətdə və dövlət sturukturlarında geniş fəallıq göstərirlər".