Son dəqiqə

Əli Əhmədov

Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir - Əli Əhmədov

Bakı, TurkicWorld

Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multikulturalizmi ilə örnək göstərilir.

TurkicWorld xəbər verir ki, bunu bu gün "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusuna həsr edilmiş konfransda Milli Məvlis sədrinin birinci müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, ölkəmiz tolerantlığın mərkəzidir.

"Din qüdrətli amildir. Bu qüdrətdən düzgün istifadə edilməlidir. Bu mənada dini maarifləndirmənin əhəmiyyəti şübhə doğurmur.

Azərbaycanda sovet hökuməti illərində ateizm təbliğ olunurdu. Lakin ölkəmiz müstəqil olduqdan sonra cəmiyyətimizdə dini baxışlara münasibət dəyişdi", - o bildirib.

Qeyd edək ki, dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir.

Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edir.

Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyır.

Mövzuya görə xəbərlər