BAKI,TurkicWorld
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və onun rəhbərlik etdiyi parlament nümayəndə heyəti Bakıya səfər edib.
TurkicWorld xəbər verir ki, nümayəndə heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İSİPAB) 20-ci Konfransında iştirak edəcək.
Kurtulmuş Bakıda Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan–Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, qrupun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün tərəfindən qarşılanıb.







