Bakı. TurkicWorld:
Dünyanın inkişafını nəzərdə tutan DİM BMT tərəfindən irəli sürülüb və dünyanın əksər ölkələri bunu qəbul ediblər.
TurkicWorld xəbər verir ki, bunu "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan 4-cü milli hesabatını təqdim edir.
"Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsinə xüsusi önəm verir. Gələcəkdə qarşımızda yeni hədəflər dayanır. Bu layihənin həyata keçirilməsi qlobal təhdidlərlə üzləşib. Xüsusilə koronavirusu qeyd etmək olar. Dünyada mövcud olan hərbi qarşıdurmalar, toqquşmalar bu layihənin həyata keçirilməsinə ciddi problemlər yaradır", - o deyib.
Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.