Bakı. TurkicWorld:
Azərbaycan minalardan təmizlənmə məsələsini DİM-in tərkib hissəsi olması ilə bağlı təşəbbüslə çıxış edib.
TurkicWorld xəbər verir ki, bunu "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, statistikalara görə minadan ölənlərin sayı 100-120 milyondan çoxdur.
"Bizim məqsədimiz bu ölümlərin qarşını almaq üçün qlobal addımlar atmaqdır. Azərbaycanda insanlar bu gün də minaların qurbanı olurlar", - Baş nazirin müavini deyib.
Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.