Cəbrayılın inkişaf etdirilməsi və yenidən qurulması üçün dövlətimiz tərəfindən sistemli işlər görülür - Naqif Həmzəyev (ÖZƏL)

Cəbrayılın inkişaf etdirilməsi və yenidən qurulması üçün dövlətimiz tərəfindən sistemli işlər görülür - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Cəbrayılın inkişaf etdirilməsi, yenidən qurulması, infrastrukturun formalaşdırılması üçün dövlətimiz tərəfindən sistemli işlər görülür.

Bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"Bu gün Cəbrayılın işğaldan azad olunmasının üç ili qeyd olunur və Cəbrayıl şəhər günü qeyd olunmaqdadır. Bilirik ki, 44 günlük Vətən Müharibəsi başlayanda rəşadətli ordumuz müxtəlif istiqamətlərdən torpaqlarımızı işğaldan azad etmək üçün əks-həmlə hücumlarını həyata keçirdilər, erməni təxribatlarının qarşısını aldılar və bir çox kəndlərimizin işğaldan azad olunması üçün döyüşdülər. Nəhayət 4 Oktyabr tarixində Cəbrayıl şəhəri və ətrafında olan bir neçə kəndlər işğaldan azad olundu. Üç il müddət keçib və bu müddət ərzində biz, bütün işğaldan azad olunmuş rayon və şəhərlərimizdə, o cümlədən Cəbrayılın inkişaf etdirilməsi, yenidən qurulması, infrastrukturun formalaşdırılması üçün dövlətimiz tərəfindən sistemli işlər görülür",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, Baş plan təsdiqlənib, onun əsasında xüsusi layihələndirmə həyata keçirilməkdədir və cənab prezident İlham Əliyev, o cümlədən birinci vitse-prezıdent Mehriban xanım Əliyeva dəfələrlə Cəbrayılda, Qarabağda, Şərqi Zəngəzurda səfərlərdə olublar. Bu səfərlər nəticəsində, bu ərazilərin yenidən qurulması, çiçəklənməsi və bu torpaqlara keçmiş məcburi köçkünlərin küçürülməsi üçün təxirəsalınmaz işlər görülür.

"Artıq yaşayış binalarının tikintisi, eyni zamanda elektrik enerjisi ilə təchizat məsələləri həyata keçirilir və bu ərazilərdə yeni yol infrastrukturu formalaşdırılır. Həmçinin Cəbrayıl rayonunun yaxınlığında yerləşən Hadrut qəsəbəsinin də yenidən qurulması və burada böyük turizm mərkəzinin formalaşdırılması üçün işlər görülür. Prezident İlham Əliyev cəbrayıllılarla görüşlər keçirib və biz inanırıq ki, ən qısa zamanda digər rayon və şəhərlərimizə qayıtmış məcburi köçkünlər kimi, cəbrayıllılar da öz yurd-yuvalarına qayıdacaqlar və biz ən qısa zamanda bu ərazilərdə həyatın bərpa olmasının şahidi olacağıq. Cəbrayıl şəhəri ən çox tikintinin və quruculuq işlərinin keçirildiyi ərazilərimizdən biridir. Bu günə qədər işlərin müəyyən dərəcədə ləngiməsinin səbəbləri mina terroru ilə bağlıdır. Bildiyiniz kimi, ermənilər bu əraziləri minalarla çirkləndiriblər və bu ərazilərin minalardan təmizlənməsi müəyyən qədər vaxt alır", - deyə Milli Məclisin deputatı vurğulayıb.

Naqif Həmzəyev əlavə edib ki, bütün bunlara baxmayaraq bir daha qeyd edirəm ki, Azərbaycan Dövləti bu ərazilərin çiçəklənməsi və inkişaf etdirilməsi üçün işlər həyata keçirir. Azad edilmiş ərazilərə cənab prezident İlham Əliyevlə yanaşı, qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da səfər edib. Ümumiyyətlə, Qarabağda və Şərqi Zəngəzurda qardaş dövlətlərin, xüsusilə Türkiyənin birbaşa yaxından iştirakı ilə quruculuq-abadlıq işləri aparılır.

Aytac Süleymanova

Twitter: a_alieva_