Son dəqiqə

Türkiyə Ceyhun Bayramov Anıtqəbir

Ceyhun Bayramov Anıtqəbir məqbərəsini ziyarət edib

Bakı. TurkicWorld:

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər