Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Rusiya Zəngəzur dəhlizi Nizami Cəfərov

Türkiyə-Azərbaycan münasibətləri Zəngəzur dəhlizinin çəkilməsi və regionda sülh yaranması proseslərinin mərkəzində dayanır - Nizami Cəfərov (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə-Azərbaycan münasibətləri Zəngəzur dəhlizinin çəkilməsi və regionda sülh yaranması proseslərinin mərkəzində dayanır.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

"Əlbəttə gözlənilirdi ki, Türkiyədə prezident seçkilərindən sonra Zəngəzur dəhlizi məsələsi daha da aktivləşəcək. Əslində, Zəngəzur dəhlizinin tikintisinə Azərbaycan tərəfi çoxdan başlayıb. Prezidentin bu barədə təklifləri parlament tərəfindən dəstəklənib və bunun üçün xeyli büdcə ayrılıb. Həm də Zəngəzur dəhlizi məsələsi təkcə bizim marağımız daxilində olan bir məsələ deyil, bu məsələ həm Şərqdə, həm də Qərbdə çoxdandır gözlənilən magistraldı. Bu yolun açılması dünyada gedən inteqrasiya prosesləri, dolayısıyla siyasi gedən inteqrasiya prosesləri üçün də çox əhəmiyyətlidir. Rusiyanın da əvvəldən bu dəhlizin yaranmasına, inkişafına münasibəti müsbətdir", - deyə o qeyd edib.

Nizami Cəfərov vurğulayıb ki, "Mən bu yaxınlarda Xudafərin körpüsünə getdim və kim o ərazilərə getsə, görəcək ki, çox güclü quruculuq-abadlıq işləri aparılır. Müasir infrastrukturlu yollar çəkilir. Dünyada belə yollar işləməlidir. Kim bu yolların işləməsinə mane olursa, dünyadakı iqtisadi, siyasi proseslərdən kənarda qalır və bu da onun nəticə etibarilə faciəsidir.

"Türkiyə-Azərbaycan münasibətləri Zəngəzur dəhlizinin çəkilməsi və regionda sülh yaranması proseslərinin mərkəzində dayanır.
Bu xüsusda Ermənistan Azərbaycanla müqavilə imzalamağa məcburdur. Ermənistan anlamalıdır ki, bu dəhlizin fəaliyyəti ümumi, humanist, dünyanın iqtisadi inkişafına müsbət töhfə verəcək bir prosesdir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistan sülh müqaviləsi imzalamasa belə, bu layihələr həyata keçəcək"- deyə deputat əlavə edib.

Mövzuya görə xəbərlər