Son dəqiqə

Fransa Ermənistan Naqif Həmzəyev

Gec-tez sanksiyalardan yayınan Ermənistan şirkətləri qanun qarşısında cavab verəcəklər - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Gec-tez sanksiyalardan yayınan Ermənistan şirkətləri və bura bağlı olan şəxslər qanun qarşısında cavab verəcəklər.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, ancaq burda da ikili standartların şahidi oluruq. Xüsusilə də Ermənistana bağlı olan şəxslər, erməni əsilli Avropa vətəndaşları və yaxud Ermənistan şirkətləri məhz bu sanksiyaların hiss olunmaması üçün Rusiyaya müxtəlif məhsulların çatdırılmasını dolayısı yolla həyata keçirirlər. Bu da nəticə etibarilə, sanksiyaların təsirini aşağı salır", - deyə deputat qeyd edib.

Naqif Həmzəyev vurğulayıb ki, ancaq təəssüflər olsun ki, bu sanksiyaları tətbiq edən Qərb, belə hərəkətləri edən Ermənistan şirkətlərini, Ermənistana bağlı olan şəxsləri görməzdən gəlir. Burdan belə bir nəticəyə gəlmək olur ki, Qərb, xüsusilə, Fransaya bağlı olan qüvvələr bu proseslərin əsas iştirakçılarındandır, ona görə də qəsdən bu gedişata göz yumurlar.

"Amma istənilən halda bu proseslər nəzarət altındadır. Gec-tez sanksiyalardan yayınan Ermənistan şirkətləri və bura bağlı olan şəxslər qanun qarşısında cavab verəcəklər. Bu proses Ukrayna-Rusiya münaqişəsi uzandıqca daha qabarıq şəkildə görünəcək, belə olduğu təqdirdə də həmin şirkətlər sanksiyalara cəlb olunacaq", - deyə Milli Məclisin deputatı əlavə edib.

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər