Bakı. TurkicWorld:
Makronun Ermənistana göstərdiyi bütün dəstək cəhdləri uğursuz olacaq.
Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.
"Artıq neçə illərdir ki, Fransanın Ermənistanla bağlı yürütdüyü siyasət məlumdur. Halbuki Makrona qədər Fransanın Ermənistanla bağlı siyasətində müəyyən qədər loyallıq var idi. Hətta bu loyallıq o dərəcədə dəyərli idi ki, mənim yadımdadır 2000-ci illərin əvvəllərində Fransa Parlament sədri Panselenin rəhbərliyi ilə Qafqazda sülh danışıqları aparmaq üçün müəyyən məsələlər qaldırıldı və biz o zaman Parlament nümayəndə heyəti olaraq orada iştirak da etmişdik. Sonradan Fransanın belə bir mövqe tutması, Makron siyasətinin hadisəsidir", - deyə o qeyd edib.
Nizami Cəfərov vurğulayıb ki, Ermənistan rəzil bir şəkildə Azərbaycan ordusu qarşısında məğlub olub. Ermənistan baş nazirinin bütün cəhdlərinə, kömək müraciətlərinə baxmayaraq, o, heç bir nəticə əldə edə bilmədi və real gedişat Ermənistanın məhvinə gətirib çıxaracaq.
"Hamıya məlumdur ki, bizim ordumuz, ölkəmiz qarşısındakı məğlubiyyət Ermənistanın aradan qalxmasına səbəb olacaq. Makron çalışır, cəhd edir ki, Ermənistan bizim ərazilərimizdə qalsın, yaşasın. Amma Makron istər böyük sülhün yaranmasına mane olsun, istər ermənilərin hansısa cəhdlərini dəstəkləsin, istərsə də ermənilərin məhvə getməyinin qarşısını alacağını düşünsün, bunların heç birinin əhəmiyyəti yoxdur və olmayacaq. Bütün dünya sadəcə son illərin tarixinə nəzər salsa görəcək ki, Azərbaycanın iqtisadiyyatı daha da güclənib, əhalisi artıb, ölkəmiz dünya miqyasında çox vacib mövqeyə yüksəlib. Ermənistanda nə baş verib? - əhalisi azalıb, iqtisadiyyatı bütövlükdə çöküb, təcavüzkar bir dövlətə çevrilib. Bələ bir dövlətin yaşamaq haqqı yoxdur. Bunu tarix bizə az qala hər gün deyir", - deyə deputat əlavə edib.
Twitter: a_alieva_







